Azərbaycandan ilk zəvvar qrupları həccə yola düşüb
Bu gün Azərbaycandan ilk zəvvar qrupları həccə yola düşüb. İlk təyyarə
reysi bu gün səhər Heydər Əliyev Beynəlxalq Hava Limanından Səudiyyə
Ərəbistanına istiqamət götürüb.
Vətəninfo.az Kəpəz TV-yə istinadla xəbər verir
ki, ilkin olaraq 4 qrupu daşıyan bir təyyarə havaya qalxıb. Gün ərzində
daha 3 reysin uçması planlaşdırılır. Həccə uçuşlar sentyabrın 15-dək
davam edəcək. Bu il Azərbaycana 2400 zəvvar yeri ayrılıb və yerlər
dolub. Gəncəbasar bölgəsindən həcc ziyarətinə 40-a yaxın zəvvar
yollanacaq. Onlardan 15-ə yaxını Gəncə sakinidir.
Qeyd edək ki,
ötən illə müqayisədə Gəncədən həcc ziyarətinə yola düşənlərin sayında
azalma müşahidə olunur. Belə ki, ötən il zəvvarların sayı 30-a yaxın
olub.