Azərbaycanın 2 şəhərinin Baş planı təsdiqləndi

Azərbaycanın 2 şəhərinin Baş planı təsdiqləndi
Hacıqabul və Neftçala şəhərlərinin Baş planları təsdiq edilib.
Vətəninfo.az Trendə-istinadla bildirir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytında dərc olunan xəbərdə deyilir.
Məlumata əsasən, Hacıqabul və Neftçala şəhərlərinin Baş planları "Azıx” MMC şirkəti tərəfindən hazılanıb. Planlar şəhərlərin icra hakimiyyətlərinin başçısı tərəfindən təsdiq olunub.
Həmçinin qeyd edilib ki, iyulun 16-da isə Naftalan şəhəri İcra Hakimiyyətinin binasında şəhərin Baş planı ilə əlaqədar ictimai dinləmələr keçiriləcək.
Naftalan şəhərinin Baş planı "Renesans Studio” MMC şirkəti tərəfindən hazırlanır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az