Azərbaycanın deputatlarına qarşı “erotik video” tələsi - ADLAR

Azərbaycanın deputatlarına qarşı “erotik video” tələsi - ADLAR

 Azərbaycanda bir qrup deputatın rəsmi elektron poçt ünvanına  şantaj xarakterli mesajlar göndərilib. Gununsesi.info-nun xəbərinə  görə, özünü Bred Hawk kimi təqdim edən şəxs [email protected] ünvanından bir qrup deputatın elektron ünvanına yazdığı mesajda  onların intim görüntülərinin əlində olduğunu  və 10 min ABŞ dolları verməyəcəkləri təqdirdə bu görüntülərin xarici  teleqram kanallarında yayılacağını yazıb.

 

Bu mesaj deputatlardan  Sahib Əliyevə, Azər  Badamova,  Kamran Bayramova,  Məzahir Əfəndiyevə, Emin Hacıyevə , Malik Həsənova və  Vüqar İsgəndərova göndərilib.

 

Bildirilir ki, araşdırmalar zamanı  bu mesajın arxasında kibercinayət niyyəti ortaya çıxıb.

 

Belə ki, mesajda  məqsəd deputatları təəccübə salmaq və  "erotik videolarının əks olunduğu” linki onlara göndərdikdən sonra  mobil bank tətbiqlərini ələ keçirməkdir.

 

Deputatlardan kimlərin bu tələyə düşüb-düşməməsi bəlli deyil.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az