Azərbaycanın İsraildən aldığı zirehli “Sand Cat”lar - Fotolar

Azərbaycanın İsraildən aldığı zirehli “Sand Cat”lar - Fotolar
Azərbaycan Müdafiə Nazirliyinin İsrailin "Plasan” şirkətindən aldığı "Sand Cat” ("Qum Pişiyi”) zirehli avtomobillərin təqdimatı keçirilib. 

Bu gün prezident İlham Əliyev ordunun silahlanmasına yeni daxil olmuş zirehli maşınlarla tanış olub.

Fotolardan göründüyü qədər Azərbaycan Silahlı Qüvvələri bu maşının ən azı 4 modifikasiyasını alıb. Bunların arasında uzaq məsafədən nəzarət və izləmə imkanına malik elektro-optik sistemlərlə təchiz edilmiş nümunə diqqəti cəlb edir.

Maşınlar "Rafael” şirkətinin istehsalı olan 12.7 mm çaplı NEVT pulemyotu ilə silahlandırılmış "Mini Samson” döyüş modulu ilə komplektləşdirilib. Digər maşında isə "Rafael”in üzərində iki ədəd "Spike LR” tipli tank əleyhinə idarə olunan raket buraxıcı qurğusu yerləşdirilmiş yeni "Samson MLS” döyüş modulu qurulub.

"Samson MLS” modulunun üzərində hədəfi hər cür hava şəraitində izləməyə imkan verən optik sistemlər və lazer məsafəölçən yer alır.

Yüngül zirehli "Sand Cat” maşınları 4×4 təkər formuluna malikdir. Azərbaycana satılan "Sand Cat”lar standart maşınlardan mina partlayışlarına qarşı qoruması ilə seçilir.

"Sand Cat” maşınları postsovet ölkələrindən Qazaxıstan və Türkmənistanın istifadəsində yer alır. /AzeriDefence/











 

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az