Azərbaycanın şok planı: “Xocalıya nəzarəti bərpa etdikdən sonra...”

Azərbaycanın şok planı: “Xocalıya nəzarəti bərpa etdikdən sonra...”

"Ermənistan Xankəndindəki hərbi texnika və canlı qüvvələrini çıxarmağa başlayıb”.

Miq.Az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert Qarabağdakı son duruma diqqət çəkib:

"Azərbaycanın üç erməni diversantını azad etməsi, ötən gün Ermənistan silahlı qüvvələrinə məxsus xüsusi texnika və artilleriya vasitələrinin Xankəndindən çıxarılmasına cavabdır. Qeyd edim ki, Qarabağda hələ də Ermənistan silahlı qüvvələrinə məxsus texnikalar qalmaqdadır. Onların Azərbaycan ərazisində qalması, Ermənistanın 10 noyabr razılaşmasını pozması deməkdir. Ermənistan tərəfi isə artıq hərbi texnika və canlı qüvvələrini bölgədən çıxarmağa başlayıb.

Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasındakı erməni silahlı birləşmələrinə gəldikdə, hesab edirəm ki, Azərbaycan ilin axırına kimi separatçı qüvvələrin ləğv edilməsinə çalışacaq. Azərbaycan konkret şərtlərlə hərəkət edir. Diversantlar da erməni tərəfinin bu şərtlərə qismən əməl etməsinə görə qaytarılıb”.

Məhəmməd Əsədullazadə Qarabağla bağlı anlaşmaların Ermənistan tərəfindən yerinə yetirilməsi üçün Nikol Paşinyanın hakimiyyətdə qalmasının vacib olduğunu bildirib:

"Razılaşmaların həyata keçirilməsi üçün, ilk növbədə, Paşinyanın hakimiyyətdə qalmasına zəmin yaradılmalıdır. Hesab edirəm ki. Paşinyan postunda qalmağı bacarsa, Ermənistanı Qarabağ iddiasından geri çəkəcək.

Qənaətimə görə, Azərbaycan hazırda iki məsələnin üzərində dayanıb: Sərsəng su anbarı və Xocalıya nəzarəti bərpa etmək. Bu iki strateji nöqtə nəzarətimizə keçdikdən sonra erməni separatçıları ərazini tərk edəcək”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az