Azərbaycanla Ermənistan arasında sərhəd buraxılış məntəqələri müəyyənləşib

Azərbaycanla Ermənistan arasında sərhəd buraxılış məntəqələri müəyyənləşib

Nazirlər Kabineti "Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, buraxılış məntəqələrinin sayı artırılıb:

Eyvazlı dövlət sərhədindən buraxılış məntəqəsi – Qubadlı rayonu (Eyvazlı kəndi), Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında.

Qazançı dövlət sərhədindən buraxılış məntəqəsi – Zəngilan rayonu (Qazançı kəndi), Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında.

Füzuli Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Füzuli rayonu, Mirzəcamallı kəndi).

Zaqatala Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Zaqatala rayonu, Muxax kəndi)


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az