Azərbaycanla sərhəddə əməliyyat: 2 terrorçu məhv edildi

Azərbaycanla sərhəddə əməliyyat: 2 terrorçu məhv edildi
Dağıstanda terror törətməkdə ittiham olunan quldur dəstəsinin iki üzvü məhv edilib.
 
Bu barədə  Rusiya Milli Antiterror Komitəsinin mətbuat mərkəzindən məlumat verilib.
 
"Samur kəndi yaxınlığındakı meşə massivində gizlənən quldurlar əraziyə gələn xüsusi təyinatlılara atəş açıb. Qarşıdurma nəticəsində iki quldur məhv edilib. Onların ikisinin də şəxsiyyəti müəyyən edilib. Hər ikisi terror aktları törədən quldur dəstəsinin üzvləri olub”, - məlumatda bildirilib.
 
Quldurlarla atışma nəticəsində iki hərbçi də yaralanıb. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az