Azərbaycanla Türkiyə arasında müştərək - Hərbi təlimlər
Azərbaycanla Türkiyə arasında ikitərəfli hərbi əməkdaşlıq planına əsasən iyunun 20-dən "İŞIK-2016" beynəlxalq axtarış-xilasetmə təlimləri başlayıb.
Miq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd Mi-17 döyüş-nəqliyyat və 3 ədəd Mi-35 döyüş helikopteri müştərək təlimlərdə iştirak etmək məqsədilə Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazaya gəlib.
Təlimlər iyunun 30-dək davam edəcək.
Miq.az