Azərbaycanlı azarkeşlərə hücum - Tiflisdə

Azərbaycanlı azarkeşlərə hücum - Tiflisdə

İyulun 2-si Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Tiflisdə baş tutan "Dinamo" - "Qəbələ" oyununda insident yaşanıb.

Yerli fanatlar Bakıdan matçı izləmək üçün Tiflisə gedən “Qəbələ” azarkeşlərinə hücum edib. Bunu saytımıza hücuma məruz qalan “Sector 11” fan klubunun rəhbəri Atanur Cəfərli təstiqləyib. Onun sözlərinə görə, stadiona giriş zamanı gürcü fanatlar onlara hücum edib:
"Stadionun qarşısında bizə hücum etdilər. 4 nəfər idik, onlar isə çox idi. Nə baş verdiyini anlamadıq. Qarşıdurma baş verdi. Xoşbəxtlikdən ciddi xəsarət alan olmadı".
Fan klub rəhbəri tribunalarda da belə insidentlərin yaşandığını bildirib. Onun sözlərinə görə, yerli fanatlar onların əyləşdikləri tribunaya yandırıcı maddələr ataraq “Qəbələ” klubunun böyük bayrağını yandırmaq istəyiblər. Mühafizə polisləri insidentlərin qarşısını alıb, hər iki tərəfdən həbs edilən olmayıb.
2014-cü iyulun 31-i Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bakıda - “Bakcell Arena" stadionunda keçirilən “Neftçi” – “Çixura” (Gürcüstan) oyununda da buna bənzər insident yaşanmışdı. Əvvəlcə tribunada qonaq klubun azarkeşləri Zaqatala və Qax rayonlarını Gürcüstan ərazisi kimi təsvir edən pankart qaldırılmışdılar. Daha sonra stadion çıxışında da münaqişə davam edib.

Çixura fanatları tərəfindən açılan pankart

Hətta Gürcüstan xarici işlər naziri Maya Pandjikidze “Neftçi” və “Çixura” oyununda baş verən insidentlə bağlı bəyanat vermişdi.
O, bu insidentin iki ölkə arasındakı dostluq əlaqələrini korlamağa çalışan təxribatçılar tərəfindən təşkil edildiyini bildirmişdi.

ANS



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az