Saxlanılan fahişələr arasında yoluxucu xəstəlik daşıyıcıları var
Türk polisinin İstanbulun Mərmərə dənizi sahilindəki Silivri hissəsindəki otel və əyləncə mərkəzlərində keçirdiyi xüsusi əməliyyat nəticəsində Müstəqil Dövlət Birliyi ölkələrindən fahişəliklə məşğul olmaqda şübhəli bilinən 84 qadın saxlanılıb. Onların arsında azərbaycanlılar da var. Saxlanılanların hamısı ölkələrinə göndərilməsi üçün deportasiya mərkəzinə təhvil verilib.
İstiPress "Haberler.com”a istinadən xəbər verir ki, qadınlar əməliyyatdan sonra tibbi müayinəyə cəlb olunub və onların 13-də QİÇS, Hepatit C kimi yoluxucu xəstəliklər aşkar olunub. Fahişəliklə məşğul olanlar əsasən Moldova, Ukrayna, Belarus, Gürcüstan, Özbəkistan, Ermənistan, Qırğızıstan kimi ölkələrdən gələnlər imiş.