Xankəndində Kəlbəcərdə öz ata-babalarının qəbirlərini ziyarət edərkən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Rusiya Federasiyasının prezidenti Vladimir Putinə müraciət edilib.
Vətəninfo.az xəbər verir ki, Ermənistanın girov götürdüyü Dilqəm Əagərov işğal oplunmuş Kəlbəcərdə anadan olsa da, Rusiya vətəndaşıdır. Bu səbədən QHt Şurası nəzdində fəaliyyət göstərən Media İşçi Qrupu Rusiya prezidenti Vladimir Putinə müraciət edib.
Müraciəti olduğu kimi təqdim edirik:
Rusiya Federasiyasının Prezidenti Cənab Vladimir Putinə
Hörmətli cənab Prezident!
Çağdaş zamanda dünyanın bir çox ölkələrinin əraziləri işğal edilir, günahsız insanların qanı axıdılır, əsir və girov götürülür
Daimi gərginlik mərkəzi olan bölgələrdən biri də Cənubi Qafqazdır. Regionda yerləşən Ermənistan öz silahlı qüvvələrinin birbaşa iştirakı ilə Azərbaycanın 20 faizini işğal edib, minlərlə azərbaycanlını qətlə yetirib, on minlərlə azərbaycanlı bu işğal nəticəsində öz doğma evlərindən ayrılıb, itkin düşüb, fiziki sağlamlığından məhrum olub, bir milyondan artıq insan köçkün olub.
Ermənistan işğalçılıq siyasətini bu gün də davam etdirir. Bunun nəticəsidir ki, 2014-cü ilin iyul ayında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Kəlbəcər rayonuna - öz doğmalarının qəbirlərini ziyarətə getmiş 3 azərbaycanlıdan biri - Həsən Həsənov Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş, ikisi – Dilqəm Əsgərov və Şahbaz Quliyev isə girov götürülmüşdür Onların beynəlxalq konvensiyalarla təsbit olunmuş insan hüquqları kobud şəkildə pozulmuşdur.
Hörmətli cənab Prezident,
Girov görtürülən azərbaycanlılardan biri - Dilqəm Əsgərov Azərbaycanın Kəlbəcər rayonunda doğulsa da, Rusiya vətəndaşıdır. Rusiya Prezidenti kimi Siz öz vətəndaşlarınızın hüquqlarını hər zaman qorumusunuz və bu addımınız Dilqəm Əsgərovun yaxın zamanlarda girovluqdan azad edilməsində mühüm addımlar atacağınıza bizdə əminlik yaradır.
Sizə müraciət edərək öz doğma kəndində Ermənistan tərəfindən girov götürülən Rusiya vətəndaşı Dilqəm Əsgərovun, həmçinin onunla birlikdə girov götürülmüş Şahbaz Quliyevin azad edilməsinə kömək göstərməyinizi xahiş edirik.
Həm Rusiya Prezidenti, eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsinin başçısı kimi nüfuzunuzdan istifadə edib bu müraciətə həssas yanaşacağınıza ümid edirik