Sank-Peterburqda öldürülən azərbaycanlı iş adamı, “Kiş-Miş” restoranları şəbəkəsinin sahibi Əfqan Rəsulovun ölümü ilə bağlı araşdırmalar davam edir.
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, hazırda iş adamını öldürən polis əməkdaşının həyatı təhlükəsinin nə qədər real olması müəyyənləşdirilir.
İş adamını öldürən zabit özü də ağır yaralı olduğu üçün məsələ ilə bağlı sorğu-sual olunmayıb.
Qeyd edək ki, insident Sank-Peterburqda baş verib. Bina sakinləri bir qadının pəncərədən qışqıraraq oğurlandığını və polisə zəng etmələrini xahiş etdiyini eşidiblər. Evə daxil olan polis əməkdaşları qapının açılmadığını görüb sındırıblar. Bu zaman gözlənilmədən onların qarşısına çıxan Ə.Rəsulov travmatik tapançadan polislərə atəş açıb. Cavab atəşi nəticəsində biznesmen dünyasını dəyişib.
Evdə digər otaqda girovla birlikdə Əfqan Rəsulovun qardaşı 32 yaşlı Akif Rəsulov isə gizlənib.
Qardaşının öldürüldüyünü bilən Akif ağlayaraq polis əməkdaşlarına dayanmadan “qardaşımı niyə öldürdünüz” sualını verib.
Qaçırıldığını iddia edən 31 yaşlı qadın isə həmin şəxslərlə bir neçə gün öncə tanış olduğunu və onu həmin evə zorla gətirərək təcavüz etdiklərini deyib. İlkin məlumatlarda qadının Ukrayna əsilli olduğu deyilir.
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT