Azərbaycanlı İŞİD-çi Ərdoğanın olduğu konqresi partlatmaq istəyib
Türkiyədə həbs olunan azərbaycanlı İŞİD-çinin adı və partlatmaq istədiyi yer açıqlanıb.
Missiya.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əbu Hüseyn Cəlilov adlı terrorçu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) konqresində partlayış törətmək istəyib.
Bu barədə Ankara valisi Ercan Topaca açıqlama verib.
Vali bildirib ki, İstanbulda yaxalanan Azərbaycan vətəndaşı Əbu Hüseyn Cəlilovun təqib olunması nəticəsində bu iki terrorçu müəyyənləşdirilib.
Miq.Az