Azərbaycanlı məktəbli Almaniyada 2 qızıl medal qazandı

Azərbaycanlı məktəbli Almaniyada 2 qızıl medal qazandı

Azərbaycanlı şagird Allahverdiyeva Zeynəb Ramin qızı Almaniyada keçirilən Beynəlxalq Stem Olimpiadasında 2 qızıl medal qazanıb.
Miq.Az xəbər verir ki, Olimpiada 23 iyul 2022-ci ildə Frankfurt şəhərində yerləşən Höte adına Frankfurt Universitetində keçirilib. 15 ölkə və 225 iştirakçı arasında keçirilən yarışma riyaziyyat, təbiət elmləri və kodlaşma kateqoriyaları üzrə olub.
Ümumilikdə olimpiadada Azərbaycan komandası 31 qızıl medal, 23 gümüş medal, 29 bürünc medal və 16 həvəsləndirici medal əldə edib.
Riyaziyyat kateqoriyasında çıxış edən Zeynəb Allahverdiyeva 2, eyni kateqoriyada çıxış edən bacısı Əzizə Allahverdiyeva isə bir qızıl medal qazanıb.







İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az