Azərbaycanlı müğənni ərə gedir - Fotolar

Azərbaycanlı müğənni  ərə gedir - Fotolar
Azərbaycanlı müğənni Aysel Əlizadə ailə qurmağa hazırlaşır.

"ATV maqazin onlarla" verilişində açıqlama verən ifaçı bildirib ki, bu il toyu olacaq: "Əminliklə deyirəm ki, bu il toyum olacaq. Başqa cür də ola bilməz. Bu yaxınlarda da rəfiqəmin toyunda gül tutmuşam. Bu yaşıma qədər hələ gül tutmamışdım. Ailəm üçün sənətdən getməyə də hazıram. Sənətdən çox, mənim üçün xoşbəxt olacağım insan, ailə daha vacibdir. Ömrümün son gününə qədər səsim yanımda olmaya bilər, amma mənim dayağım, dəstəyim Allahın izni ilə yanımda olacaq. Ona görə də bu həyatı seçirəm. Ailə quracağım şəxsin adını açıqlamaq istəmirəm. İndidən deyə bilmərəm ki, toy mediaya qapalı olacaq və ya olmayacaq”.



Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az