Azərbaycanlı polkovnik-leytenantdan KOMANDANLIĞA -TƏŞƏKKÜR

Azərbaycanlı polkovnik-leytenantdan KOMANDANLIĞA -TƏŞƏKKÜR

Miq.az xəbər verir ki, bir müddət əvvəl Azərbaycan Silahlı Qüvvələrinin zabiti, 1979-cu il təvəllüdlü  polkovnik-leytenant  Ruslan Telman oğlu Alıkişiyev ağır vəziyyətdə olduğundan valideynləri tərəfindən kömək üçün ictimaiyyətə müraciət olunmuşdu.

Bu gün Miq.az-ın əməkdaşı polkovnik-leytenant Ruslan Alıkişiyevlə əlaqə saxlayaraq səhhəti ilə maraqlanıb. 

Əslən Cəbrayıl rayonundan olan polkovnik-leytenant  Ruslan Alıkişiyev 1993-1996-cı illərdə C.Naxçıvanski adına Bakı Hərbi Liseyində, 1996-2000-ci illərdə Azərbaycan Respublikası Slahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsil alıb. Zabit kimi Gədəbəy, Qazax, Göygöl və Naxçıvanın düşmənlə sərhəd bölgələrində torpaqlarımızın müdafiəsində iştirak edib.

Xidmət zamanı mayor Alıkişiyevdə qan xərçəngi xəstəliyi aşkarlanıb. Bakıdakı Qanköçürmə İnstitutunda 2 kurs müalicə olundduqdan sonra 15 iyun 2015-ci il tarixində zabitimiz Alıkişiyev müalicə olunması üçün Müdafiə Nazirliyi tərəfindən qardaş Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasına göndərilib. 

Həkimlərin diaqnozuna görə, zabitimizin sağalması üçün ona mütləq şəkildə ilik köçürülməli imiş. Bu köçürülmə üçün donor Amerikadadır və ümumilikdə iliyin köçürülməsi, müalicənin tam aparılması və zabitimizin sağlamlığına qovuşması üçün 250 000 ABŞ dolları tələb olunurdu. Bu vəsaitin ödənilməsi isə məcbur köçkün olan Alıkişiyevlər ailəsinin maddi imkanları xaricində olduğundan Müdafiə Nazirliyinin koməkliyi nəticəsində bütün xərclər ödənilib.

Polkovnik-leytenant  Ruslan Alıkişiyev bildirdi ki, sağlamlığı tam bərpa olunub və bu işdə ona kömək edən Azərbaycan Respublikası Müdafiə Nazirinə, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanlığına, hərbçi dostlarına, mülki insanlara, bir sözlə bu işdə ona kömək edən bütün insanlara ailəsi adından dərin təşəkkürünü bildirir. Və Azərbaycan vətəndaşları arasında, zabitinə qayğı göstərən ordu rəhbərliyinin formalaşmasında xidmətləri danılmaz olan Ali Baş Komandan İlham Əliyevə təşəkkürümü bilidirirəm. Bütövlükdə keşiyində durduğum, sinəmi həmişə SİNƏSİNƏ sipər edtiyim xalqımı, onun övladlarını bağrıma basiram. Mənim sağalmağımda xidməti olan bütün insanlara xüsusi təşəkkür edirəm!

İllərdir Vətənimizin, dövlətimizin keşiyində duran və bundan sonra da Azərbaycana, onun dövlətinə, millətinə sadiq olacağına əmin olduğumuz zabitimiz polkovnik-leytenant Ruslan Alıkişiyevə  Miq.az olaraq həmişə sağlam həyat arzulayırıq.

Qeyd edək ki, polkovnik-leytenant Ruslan Alıkişiyevin böyük qardaşı Pəhlivan Alıkişiyev də torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib və öz sağlamlığını itirib, 2-ci qrup əlildir.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az