Azərbaycanlı professorun Kiyevdə oğluna aldığı ev bombalandı

Azərbaycanlı professorun Kiyevdə oğluna aldığı ev bombalandı
"Dünən Kiyevdə evimizə yaxın ərazidə partlayış oldu”.

pulsuz elanlarelan saytlarielanlarelan azelan yerləşdirməkelan yerləşdirelan yerlesdirmekkirayə evlərkirayə evlər 2021kirayə mənzillərkirayə mənzilkirayə ofislərkirayə müqaviləsikirayə evlər 2022kirayə obyektlərkirayə anbar
Yenisabah.az xəbər verir ki, bu sözləri Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Dnepr vilayəti üzrə regional bölməsinin rəhbəri, professor Eldar Tağıyev şəxsi "Facebook” hesabında yazıb.

Onun sözlərinə görə, oğluna aldığı ev bombalanıb:

"Kiyevə yaxın ən gözəl yer İrpendir. 2 il idi ki, oğluma aldığımız evin tikilib qurtarmasını gözləyirdik. Həmin ev bombalandı. Dünən Kiyevdəki evimizə yaxın ərazilərdə də partlayışlar oldu. Hava həyacanı da ara vermir. Buna baxmayaraq, gecəni evdə keçirdik”.

E.Tağıyev sona qədər mübarizə aparacaqlarını qeyd edib:

"Ukraynanı tərk etmiyəcəm. Ukrayna vətəndaşıyam. 2 oğlum və mən qalmışıq. Yoldaşım müharibədən 1 ay əvvəl Bakıda idi. 2 il idi ki, pandemiya səbəbindən gedə bilmirdi. Yaxşı ki, o və digər oğlum Bakıdadır”.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az