Azərbaycanlı qız Arzu erməni oğlan Armenlə evləndi

Azərbaycanlı qız Arzu erməni oğlan Armenlə evləndi
Gürcüstanda yaşayan azərbaycalı qızla erməni oğlan ailə həyatı qurub. 

Miq.az haqqın.az
-a istinadla xəbər verir ki, bu barədə gürcü yazıçısı Mariam Saradjişvili yazıb. 

Yazıçı bildirib ki, cütlük məktəbdə bir sinifdə oxuyub. Arzu və Armenin bu sevgisi Azərbaycan-Ermənistan arasındakı münaqişəyə baxmayaraq xoş sonluqla bitib. 


İki gəncin ailələri bu münasibətə müsbət baxmayıb. Ancaq cütlük sona qədər mübarizə aparıb və sonda ailə həyatı qurub. 

Onların bir oğlu olub və adını da Arzunun babasının şərəfinə Rəşid qoyublar. 

Yeni doğulan uşaq ailələr arasında barışıq olmasına gətirib çıxarıb. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az