Azərbaycanlı sərxoş sürücü İstanbulda qəza törədib

Azərbaycanlı sərxoş sürücü İstanbulda qəza törədib

Sərxoş azərbaycanlı sürücü İstanbulda qəzaya səbəb olub.

Virtuala.org türk mətbuatı xəbər verir ki, hadisə İstanbulun Eyüpsultan bölgəsində baş verib.

Azərbaycan vətəndaşı Ramil B. adlı şəxsin idarə etdiyi 34 VS 6714 dövlət qeydiyyat nişanlı panelvan tipli yük avtomobili "15 iyul şəhidləri körpüsü”ndən Kadıköy istiqamətində hərəkət edərkən eyni yolda irəliləyən Cengiz Büyük adlı şəxsin idarə etdiyi avtomobillə toqquşub.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralanmış sürücülər xəstəxanaya çatdırılıb.

Verilən məlumata görə, panelvanın sürücüsü azərbaycanlı Ramil B. avtomobili sərxoş halda idarə edirmiş.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az