Azərbaycanlı telejurnalist Moldovaya buraxılmadı

Azərbaycanlı telejurnalist Moldovaya buraxılmadı
Rusiyanın NTV kanalının Azərbaycan əsilli jurnalisti İradə Zeynalova Moldovaya buraxılmayıb.

Miq.az APA-ya istinadən xəbərə verir ki, bu barədə Moldovanın sərhəd polisinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, İ. Zeynalova Moldovaya səfərinin məqsədini təsdiqləyə bilmədiyi üçün geri qaytarılıb: "O, İstanbul-Kişinyov reysi ilə uçub. Pasport yoxlanışı zamanı bildirib ki, onun rəsmi şəxslərlə görüşü planlaşdırılıb, lakin bu görüşləri sənədlə təsdiqləyə bilməyib”.

Məlumatda o da qeyd olunub ki, jurnalist deportasiya edilməyib, Moldovaya girişinə qadağa qoyulmayıb.

İradə Zeynalova ilk Kişinyov-Moskva reysi ilə yola salınıb.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az