Azərbaycanlı uşaq sualı ilə Putini güldürdü - VİDEO

Azərbaycanlı uşaq sualı ilə Putini güldürdü - VİDEO
Azərbaycanlı şagirdin NTV telekanalının canlı yayımında Rusiya prezidenti Vladimir Putinə verdiyi sual marağa səbəb olub.

Miq.az baku.ws-ə istinadən xəbər verir ki, NTV-də yayımlanan, azərbaycanlı olan İradə Zeynalovanın "Nedetskiy razqovor s Vladimirom Putinım” proqramında Mariya Ağayeva prezidentdən uşaqlıqda dəcəllik edib-etmədiyini soruşub.

"Uşaq vaxtı siz nadinclik, dəcəllik etmisiniz?”, - deyə M.Ağayeva sual verib.

Bu sual Putin üçün gözlənilməz olub və Rusiya prezidenti gülümsəyərək uşaq vaxtı dəcəllik etdiyini bildirib.

Qeyd edək ki, Mariya Ağayeva amor.az saytına müsahibəsində bildirib ki, atası Ruslan Ağayev azərbaycanlıdır və o, Bakıda anadan olub.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az