Azərbaycanlılar erməniləri darmadağın etdi (FOTO)

Azərbaycanlılar erməniləri darmadağın etdi (FOTO)

Dağıdılan 51 sayta "Qarabağ Azərbaycana məxsusdur!" sözləri yerləşdirilib

Azərbaycanlı vətənpərvər gənclərdən ibarət "Anti-Armenia Team" kiber-ordusu erməni saytlarına növbəti kiber hücum edib. 

Hücum nəticəsində Ermənistana məxsus əsas internet xəbər portalları və digər ciddi məzmunlu informasiyaları özündə əks etdirən 51 erməni saytı dağıdılıb. Həmin internet resurslarına "KARABAKH BELONGS TO AZERBAIJAN! (Qarabağ Azərbaycana məxsusdur!)" sözləri, habelə Ermənistan tərəfindən Azərbaycana və xalqına qarşı yönəldilmiş işğalçılıq siyasəti barəsində faktlar qeyd olunub.

Həmçinin, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin Ermənistan tərəfindən hələ də yerinə yetirilməməsi barədə qeyd də dağıdılmış saytlarda yerləşdirilib.

"Anti-Armenia Team" qrupu tərəfindən bəyan edilir ki, bu hücum əməliyyatı Xocalı soyqırımına hazırlıq xarakteri daşıyır və kiber-hücum əməliyyatları mütəmadi olaraq yerinə yetiriləcək.

Qeyd edək ki, "Anti-armenia Team" haker qrupu 19 oktyabr 2011-ci ildə bir qrup azərbaycanlı hakerlər tərəfindən yaradılıb. Yaradıldığı gündən təyin olunmuş konsepsiyaya əsaslanaraq koordinasiyalı şəkildə fəaliyyət göstərməkdədir. İnternet hücumları, öncədən təyin olunmuş şəkildə və Azərbaycan Respublikasının, Azərbaycan xalqının milli maraqlarına zidd olan yanlış informasiyalar yayan internet resursların fəaliyyətlərinə kiber hücumlarla tanınır./İstiPress/

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az