Azərbaycanlıların olduğu neft gəmisi ikiyə bölündü - FOTO-VİDEO

Azərbaycanlıların olduğu neft gəmisi ikiyə bölündü - FOTO-VİDEO

Türkiyə də Azərbaycanlıların olduğu gəmi ikiyə bölünüb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Zonquldakin Ereğli mahalında baş verib.

Belə ki, Türkiyədə höküm sürən fırtınalı hava şəraiti dənizdə gəmilərində işinə də ciddi maneə yaradıb.

Gecə yaşanan şiddətli fırtınada dalğaların sahilə sürüdüyü yük gəmisi ikiyə bölünüb. İzimirin Aliağa limanından Rusiyanın Rostov limanına gedən "Berra G Moroni” adlı yük gəmisinin içində 26 ton yanacaq və 12 ekipaj üzvü olub. Ereğli Bələdiyyəsi Xilasetmə Qrupları dərhal hadisə yerinə cəlb edilib.

Gəmidən əvvəlcə 5 Azərbaycan, 3 Gürcüstan, 1 Ukrayna və 3 Türk vətəndaşı xilas edilib. Xilas edilən ekipaj üzvlərinin səhətində heç bir problem olmadığı deyilir.

Daha sonra gəmidən neft sızmasının qarşısını almaq üçün tədbirlər görülüb.
[video=http:// ]
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az