Azercell-dən “Hədsiz” tarif paketi!

Azercell-dən “Hədsiz” tarif paketi!

Qoşulun və sərbəst ünsiyyətdən zövq alın

Azərbaycanın lider mobil operatoru Azercell Telekom MMC  abonentləri üçün ardıcıl və bir-birindən maraqlı sərfəli təkliflər və unikal xidmətlər təqdim etməkdə davam edir. Şirkət bu dəfə fiziki statusa malik olan Azercell Fakturalı Xətt abunəçiləri üçün yeni tarif paketini istifadəyə verib. 15.07.2014 tarixindən etibarən Azercell abunəçilərinə təqdim olunan  “Hədsiz” tarif paketinə qoşulmaqla siz aylıq 49,9 AZN abunə haqqı muqabilində inanılmaz endirim xidmətlərindən yararlana bilərsiniz.  Belə ki,  bu paketə qoşulduqda abunəçi şəbəkədaxili 3000 dəqiqə və şəbəkəxarici 500 dəqiqə zənglər etmək,  2000 ədəd ölkədaxili  və beynəlxalq SMS  göndərmək və 2000 MB həcmində mobil internet xidmətindən istifadə etmək imkanına malik olur.
Abunə haqqı müqabilində verilən 

Əlavə xidmətlər


AZN ilə (ƏDV daxil)    Əlavə xidmətlər
AZN ilə (ƏDV xaric)
şəbəkədaxili dəqiqələr     3000    0.05    0.042373
şəbəkəxarici dəqiqələr     500    0.05    0.042373
SMS     2000    0.02    0.016949
İnternet MB    2000    0.20    0.169492
MMS    -    0.05    0.042373

Abunəçilər tarifə qoşulmaq üçün Azercell Müştəri xidmətlərinə müraciət edə və ya diler dükanlarından yeni fakturalı xətt nömrəsi ala bilər. Azercell MMC-nin Telekom şəbəkəsində fiziki şəxs statusuna malik olan Fakturalı xətt abunəçilər bu tarifə qoşulduqda abunə haqqı müqabilində verilən xidmətlərdən qoşulma günündən sonra növbəti gündən etibarən faydalana bilərlər. Buna qədər abunəçinin xidmətlərdən istfadəsinin tarifikasiyası öncəki tarifinə uyğun olacaq. Azercell-in abunəçilərinə təqdim etdiyi “Hədsiz” tarif paketinə qoşulmaqla, sərbəst  ünsiyyətdən zövq alın!



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az