“Azərişığ”ın yeganə qadın rayon rəisi vəzifəsindən azad edilib

“Azərişığ”ın yeganə qadın rayon rəisi vəzifəsindən azad edilib
"Azərişıq” ASC-də kadr dəyişikliyi baş verib. 

"Report” xəbər verir ki, qurumun Tovuz Rayon Elektrik Şəbəkəsinin (REŞ) rəisi Kəmalə Abdullayeva tutduğu vəzifədən azad edilib.
Onun yerinə Zaur Şirəliyev təyin edilib. O, bu vaxta qədər Xəzər rayon Elektrik Şəbəkəsində aparıcı mütəxəssis olub.
K.Abdullayeva isə "Azərişığ”ın enerji satışı departamentinin abonent şöbəsində baş mütəxəssis vəzifəsinə gətirilib. 
Xatırladaq ki, K.Abdullayeva "Azərişıq”da REŞ rəisi olan yeganə qadın olub.
Qurumun Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Report"a təyinatla bağlı məlumatı təsdiq edib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az