“Bakcell”in işçisi 180 nəfərin iştirakı ilə qanunsuz toy etdi – VİDEO

“Bakcell”in işçisi 180 nəfərin iştirakı ilə qanunsuz toy etdi – VİDEO

Ölkədəki karantin qaydalarının tələblərinin kobud şəkildə pozulduğu daha bir toy mərasimi keçirilib. Bu dəfəki kobud qanun pozuntusunu ölkənin tanınmış mobil operatoru olan "Bakcell”in rəhbərliyində təmsil olunan şəxslər edib.

Miq.Az xəbər verir ki, saytının əldə etdiyi məlumata görə, toyda 180 nəfər iştirak edib. Toyun yiyəsi "Bakcell”in pərakəndə satış şöbəsində işləyən Vəfa Abdullayeva olub. O, qızı Növrəstə Muradlıya toy edib.

Təzə bəyin də "Bakcell” korparativ şöbəsinin əməkdaşı olduğu bildirilir. Məclis Nardarandakı "Sebay” adlı restoranda keçirilib. Toyda iştirak edənlər sırasında şirkətin pərakəndə satış şöbəsinin müdiri Elnur Sultanov da olub. Toyda iştirak edən hər bir şəxsə məclisin yuxarıların icazəsilə baş tutduğu deyilib. Görəsən ” Bakcell”ə bu icazəni kim verib? Toydan çəkilən videolar və fotoları təqdim edirik:

Qeyd edək ki, Baksell şirkətinin satış və korporativ şöbələrinin ümumi rəhbəri Zaur Bayramovdur. (Boyukmillet.com)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az