Azərbaycanda qeydiyyatdan keçən 70-dən artıq ölkənin səfir üçün Bakı 2015 Avropa oyunlarının təqdimatı keçirilib.
Vətəninfo.az-ın məlumatına görə, tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov Bakının idman oyunlarına hazırlığından danışıb.
Onun sözlərinə görə, gələn il Bakıda keçiriləcək Avropa oyunları müxtəlif ölkələrlə əlaqələrin qurulmasında, inkişafında çox böyük rol oynayacaq: “2015-ci ilin iyun ayında 17 gün ərzində keçiriləcək yarışlarda Avropanın 6000-dən çox atleti 20 müxtəlif idman növündə Avropa oyunlarına qatılacaq. Bildiyiniz kimi, Azərbaycan müxtəlif beynəlxalq yarışlara ev sahibliyi etmiş ölkədir. Bizim əsas məqsədimiz idmanı dünyada və gənclər arasında təbliğ etməkdir. Hazırda Avropa Oyunlarına hazırlıq məqsədilə 18 idman kompleksindən 12-si artıq tikilib və bu iş davam etdirilir”.
Bakı 2015 Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq isə hazırda Bakıda tikilməkdə olan və istifadəyə verilən obyektlərdən danışaraq, oyunların telekanallarda nümayiş olunacağı ölkələri qeyd edib.
Sonda Bakı Avropa Oyunları ilə bağlı film nümayiş olunub.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib