Bakı erməniləri geri qayıdır - FOTO

Bakı erməniləri geri qayıdır - FOTO
Azərbaycan onların vətəndaşlığını bərpa etməyə başlayıb

1990-cı illərdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etmək üçün başladığı Qarabağ müharibəsinin fonunda Bakını tərk etmiş ermənilər geri qayıtmağa başlayıblar.

Miq.Az "haqqin.az”a istinadən bildirir ki, bunlardan biri Lida Yervandovna Balasanyandır. Ermənistan vətəndaşlığından imtina edən Lida Balasanyan artıq Bakıdadır. Bakıda qohumları ilə görüşən Lida Balansanyan daha sonra "haqqin.az”ın redaksiyasında olub. 

Əslən Şəmkirdən olan Lida Balasanyan 1940-cı ildə Bakıda anadan olub. 1990-cı ildə ailəsini Bakıda qoyaraq İrəvana gedib. 2009-cu ildə övladları öyrəniblər ki, anaları sağdır və İrəvanda yoxsulluq içində yaşayır. Onu Gürcüstana köçürüblər. 2016-cı ilə kimi Rustavidə kirayədə yaşayıb. Lakın Bakıya yerləşmiş erməni jurnalist Süzan Caqiyanın tövsiyyəsi ilə ailə onu Azərbaycana qaytarmağı qərara alıb. Tezliklə onun Azərbaycan vətəndaşlığı bərpa olunacaq.

"Allah Sarkisyana və Qarabağ müharibəsini başlamış bütün millətçilərə lənət eləsin. Azərbaycan xalqı həmişə dözümlü və xeyirxah olub. Biz əsrlərlə bu torpaqda sülh içində yaşamışıq. Mən əminəm ki, qarabağlılar da bu faşistlərdən boğaza yığılıblar. Onlar da Azərbaycanın tərkibinə qayıtmaq istəyirlər”,- deyə Lida Balasanyan vurğulayıb. 

 Ermənilər Bakıda - Süzan Caqinyan və Lida Balasanyan
 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az