“Bakı Ermənistanda kimin nə qədər səs toplayacağını bilir” - Paşinyan

“Bakı Ermənistanda kimin nə qədər səs toplayacağını bilir” - Paşinyan

"Azərbaycan hakimiyyəti Ermənistan vətəndaşlarının hissləri üzərindən oynayaraq qarşıdakı seçkilərin nəticələrinə təsir göstərmək istəyir”.
 
Miq.Az xəbər verir ki, bu barədə Paşinyan Mülki Müqavilə kampaniyası qərargahının nümayəndələri ilə görüşdə deyib.
 
Onun sözlərinə görə, Bakı rəhbərliyinin masasında "kağız parçası" var, üzərində Ermənistanda hansı qüvvənin neçə səs toplamalı olduğu yazılıb.
 
Qeyd edək ki, Ermənistanda erkən parlament seçkiləri iyunun 20-də keçiriləcək.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az