Ölkə üzrə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi fonunda son günlər Bakı metrosunda da mühafizə sistemi gücləndirilmiş iş rejmində çalışır. Sərnişinlərin üzərindəki əşyalar, çantalar bir-bir yoxlanır və bundan sonra platformaya daxil olmalarına icazə verilir.
Vizual.az-ın musavat.com-a istinadən məlumatına görə, lakin ötən gündən etibarən metronun bəzi stansiyalarında xüsusi dəmir konstruksiyadan ibarət aparatlar quraşdırılıb və sərnişinlər buradan keçərək, içəri daxil olurlar. Həmin aparatlar "20 Yanvar", "28 May" və "Koroğlu" metrostansiyalarında yerləşdirilib.
Bu aparatlardan daha hansı metrostansiyalarında quraşdırılacağını öyrənmək üçün "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevlə əlaqə saxladıq.
Qurumun mətbuat sözçüsü bildidi ki, bu qurğular sərnişinlərin təhlükəsizliyinin təmin olunması üçün quraşdırılıb və nəzarət tədbirləri polis tərəfindən həyata keçirilir: "Metro əhalinin kütləvi şəkildə istifadə etdiyi nəqliyyat vasitəsidir. Bu baxından, onların təhlükəsizliyini təmin etməyə çalışırıq. Hazırda bu işi polis həyata keçirir və bu qurğuları da onlar yerləşdiriblər. Bu, insanların üzərində metal əşyaların olub-olmadığını yoxlamaq üçün qoyulan bir aparatdır".
Nəsimi Paşayev bu qurğunun daha hansı stansiyalarda quraşdırılacağı barədə məlumatsız olduğunu bildirdi.

Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?