Bakı metrosunda ajiotaj

Bakı metrosunda ajiotaj
Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, hadisə "Dərnəgül-Həzi Aslanov" xətti üzrə hərəkət edən qatarda baş verib.

"28 May" stansiyasından "Gənclik" istiqamətinə hərəkət edən 24 saylı qatarda tuneldə nasazlıq yaranıb. Nəticədə qatar hərəkətini dayandırmalı olub və 8-10 dəqiqə tuneldə qalıb. Arxadan gələn qatarlar da gözləməyə məcbur olublar.

N.Paşayev bildirib ki, nasazlıq yaranan qatar DEPO-ya göndərilib və hərəkət bərpa olunub. Hazırda qatarların hərəkətində gecikmələr var.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az