Ötən gün günorta saatlarında Bakının "Nizami" metro stansiyasında sərnişinlər qəribə hadisənin şahidi olublar.
Milli.Az-a daxil olan məlumata görə, metroya düşən 6 yaşlı qız platformadakı sərnişinlərin diqqətini çəkib. Təkbaşına platformadakı oturacaqlardan birində əyləşib üzü "Həzi Aslanov" istiqamətində qatar gözləyən uşağa yaxınlaşan sərnişinlər gözlənilməz reaksiya ilə qarşılaşıblar.
Azyaşlı qız "Nə yığışmısınız bura, dağılışın" deyərək kənardakıların daha çox diqqətini çəkib.

Bu an gülən sərnişinlərdən birinə "Nə gülürsən ə..., bambılı" deyən uşağa digər şəxslər "Ayıbdır, adam özündən böyüyə elə deməz" söyləyib. Azyaşlının bu sözə verdiyi "Mənə tərbiyə verməyiblər" cavabı isə hər kəsi məəttəl qoyub.
Dərhal olaya metropoliten və polis əməkdaşları müdaxilə ediblər. 6 yaşlı uşaqdan hara getdiyini soruşublar. Uşaq "Anam, "Qara Qarayev"də marketdə işləyir. Məni gözləyir" cavabını verib. Azyaşlının əlində mobil telefonu görən polislər ondan valideyinlərinin nömrəsinə zəng etməyini istəyiblər. Polis əməkdaşlarının bu cəhdi uzun müddət nəticəsiz qalsa da, inadkar azyaşlını yola gətirmək mümkün olub. Atası olduğu deyilən şəxsə zəng edilib. Zəngə cavab verən şəxs uşağı anasının "Qarayev"də gözlədiyini, ona toxunmamaqlarını xahiş edib. Sonra polislər inadkar 6 yaşlı qızı sərnişinlərdən biri ilə sözügedən ünvana kimi yola salıblar.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?