Bakı Olimpiya Stadionu-VİDEO

Bakı Olimpiya Stadionu-VİDEO

Vətəninfo.az  xəbər verir ki, Bakıda inşa olunan Olimpiya stadionunun videosu yayımlanıb. ANS PRESS-in məlumatına görə, stadionun görüntüləri YouTube sosial şəbəkəsinə yerləşdirilib. Videoçarx 2 dəqiqə 38 saniyəlikdir. Orada möhtəşəm stadionun həm xarici, həm də daxili görünüşü əks edilib. Gecələr isə stadionun divarları üzərində Azərbaycan bayrağı və Olimpiya oyunlarının loqoları əks edilib.

Qeyd edək ki, stadionun təməli 2011-ci il iyunun 6-da qoyulub. Stadionunun layihələndirilməsi ilə bağlı ilkin işlərə isə 2008-ci ildən başlanıb. İnşasının 2015-ci il fevralın 1-də başa çatdırılması nəzərdə tutulub. Bakı Olimpiya Stadionunun hündürlüyü 60 metrdir. Stadion 6 mərtəbəli və tam qapalı məkan olacaq. Stadionun ümumi ərazisi 32 hektar olacaq, onun örtülü hissəsi 300 min kv.m ərazidə yerləşəcək. Olimpiya stadionu Bakıda Böyük şor gölü ərazisində inşa edilir.




Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az