Bakı-Sumqayıt qatarlarının sayı artırılır - Yeni cədvəl

Bakı-Sumqayıt qatarlarının sayı artırılır - Yeni cədvəl
Dekabrın 11-dən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkətinin intensivliyinin artırılması və daha da optimallaşdırılması məqsədilə hərəkət cədvəlində qismən dəyişiklik ediləcək.

"Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Miq.az-a  verilən məlumata görə, yeni hərəkət cədvəlində elektrik qatarlarının sayı hər iki istiqamətdə 2 qatar artırılacaq.

Beləliklə, Bakı-Sumqayıt elektrik qatarları Bakı sərnişin stansiyasından saat 07:50, 08:20, 08:50, 16:00, 17:20, 18:00, 18:30, 18:45, 19:15, 19:35, 19:50 və 20:30-da, Sumqayıt-sərnişin stansiyasından isə 07:00, 07:15, 07.30, 07:45, 08:00, 08:38, 09:10, 09:50, 17:00, 18:10, 18:47 və 19:30-da yola düşəcək.

2016-2017-ci illər üçün Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli (11 dekabr 2016-cı ildən)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az