Bakı-Tbilisi-Qars dəmir yolu ilə Rusiyadan Türkiyəyə bu məhsulu göndərildi

Bakı-Tbilisi-Qars dəmir yolu ilə Rusiyadan Türkiyəyə bu məhsulu göndərildi

Bakı-Tiflis-Qars dəmir yolu ilə Rusiyadan Qarsa taxıl daşınıb.

"AzRusTrans” QSC-dan  bildirilib ki, bu vaxta kimi konteynerlər vasitəsilə yüklərin daşınması həyata keçirilən Bakı-Tiflis-Qars dəmir yolu ilə ilk dəfə olaraq yük vaqonları ilə taxıl daşınıb.

"AzRusTrans” QSC "ADY Express” MMC ilə birgə Rusiyadan Qarsa taxılı xüsusi taxıldaşıyan vaqonlar (xopper) vasitəsilə nəql etməyə müvəffəq olub. 12 vaqona yüklənmiş taxıl Rusiyanın Orenburq vilayətində yerləşən Sara stansiyasindan, Cənubi Ural istiqaməti üzrə Axalkalaki stansiyasına çatdırılıb, burada təkər cütlərinin dəyişdirilməsi əməliyyatı həyata keçirildikdən sonra, Qarsa yola salınıb. Yüklər artıq Qars stansiyasına çatdırılıb.
Qeyd edək ki, Bakı-Tiflis-Qars dəmir yolunda bu vaxta kimi yüklər ancaq konteyner vasitəsilə daşınıb. Axalkalaki stansiyasında konteynerlər Türkiyədən daxil olan platformalara aşırıldıqdan sonra, yolunu davam etdiriblər.

2017-ci il oktyabrın 30-da istifadəyə verilən Bakı-Tiflis-Qars dəmir yolunun ümumi uzunluğu 846 kilometr təşkil edir ki, bunun da 504 kilometri Azərbaycan, 263 kilometri Gürcüstanın və 79 kilometri Türkiyənin payına düşür.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az