"Bakı yeni barışıq təklif etdi, İrəvan imtina etdi" — Serj Sarkisyandan SƏRSƏM AÇIQLAMA


Ermənistan 2016-cı ilin aprelində 1994-cü il Bişkek Protokolunu əvəz edəcək Azərbaycanla yeni atəşkəs sazişi imzalamaqdan imtina edib.

KONKRET.az xəbər verir ki, bunu çərşənbə günü keçirdiyi mətbuat konfransında üçüncü prezident Serj Sarkisyan deyib.

"Bizdən Azərbaycan tərəfi yeni saziş müqaviləsi imzalamaq təklifini qəbul edəcəyimizi gözləyirdi. Ancaq 1994-cü ilin may ayındakı sülhün qeyri-müəyyənliyini təsdiqlədik və imtina etdik” deyib.

Sarkisyanın sözlərinə görə, əslində, Ermənistan tərəfi münaqişənin bərabər tərəfi kimi Qarabağı da görmək istəyirdi: "Bu baxımdan yeni sənəd qəbul edilmədi”.

Daha sonra, ATƏT-in Minsk Qrupu həmsədrlərinin rəsmi mövqeyi qəbul edildi, bununla da atəşkəsin qeyri-müəyyənliyi təsdiqləndi.

Xatırladaq ki, Qarabağdakı son böyük hərbi əməliyyatların aktiv mərhələsi aprelin 2-nə keçən gecə başlayıb və 5 aprel 2016-cı ilədək davam edib. Ermənistan Silahlı Qüvvələri dörd gün ərzində 100-dən çox hərbçisini itirib.

Haşiyə: Serj Sarkisyan Aprel döyüşlərindəki məğlubiyyətin məsuliyyətindən yaxa qurtarmaq üçün erməni ictimaiyyətinə köklənən açıqlamalar verib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az