Bakıda 16 min nəfər işsiz var

Bakıda 16 min nəfər işsiz var
Onlardan 2 211 nəfəri isə işsizliyə görə müavinət alır

Bu il may ayının birinə olan məlumata görə rəsmi işsiz statusu verilən şəxslərin sayı açıqlanıb.

Miq.az-in "Report”a istinadən xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda bildirilir.

Hesabata əsasən, məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 35 854 nəfər olub, onların 37,3 faizini qadınlar təşkil edib. Rəsmi işsizlərin 5 495 nəfəri işsizliyə görə müavinət alır. İşsizliyə görə müavinətin orta məbləği 263,8 manat olub.

İşsizlik statusu alanlardan 16 411 nəfəri məhz Bakının payına düşür. Onlardan 2 211 nəfəri isə işsizliyə görə müavinət alır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az