Bakıda avtobus körpüyə çırpılıb – Xəsarət alanlar var

Bakıda avtobus körpüyə çırpılıb – Xəsarət alanlar var
Bakıda avtobus qəzaya uğrayıb.
Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə "Neftçilər” metrostansiyası yaxınlığında qeydə alınıb. 60 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu idarəetməni itirərək körpüyə çırpılıb.

Nəticədə avtobusun sürücüsü və avtobusda olan sərnişinlərdən bir neçəsi xəsarət alıb.
3 saylı şəhər klinik xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə nəticəsində 8 nəfər xəsarət alıb. Onlardan 3 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
 
Hazırda 5 nəfər xəstəxanadadır. Qeyd olunub ki, onlar yüngül xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az