Bakının Xətai rayonunda Babək prospekti ilə Telnov küçəsinin kəsişməsindəki yolda baş verən çökmə “Azəryolservis” ASC ilə “Azərsu” ASC arasında qalmqala səbəb olub.
Vətəninfo.az-ın məlumatına görə, “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev APA-ya açıqlamasında yolda baş verən çəkməni ərazidən keçən su borusunda baş verən sızma ilə əlaqələndirib.
“Çökən yolun yanında ayrıca zolaq var. Bu hissədən su axmağa başlayıb. “Azərsu” ASC-nin əməkdaşları hadisə yerində araşdırma aparıblar. Məlum olub ki, həmin ərazidən iki ədəd 700 mm diametrlik su borusu keçir. Boruların biri-birinə qaynaq olunan hissəsində çat olduğu aşkarlanıb. Bu çatdan su axaraq, yolun torpaq yatağını yuyub və yolun çökməsinə səbəb olub”, - deyə P. Mürsəliyev bildirib.
Onun sözlərinə görə, hazırda problemin aradan qaldırılması istiqamətində iş gedir.
"Azərsu"dan verilən açıqlama da isə yolun çökməsinin onlara heç bir aidiyyatı olmadığı bildirilib.
"Bakı Sukanal idarəsinin əməkdaşları ərazidə araşdırma aparıblar. Məlum olub ki, Babək prospektində yolun çökməsinin ərazidən keçən su xətləri və ya xətlərin köçürülməsi ilə heç bir əlaqəsi yoxdur".
Məlumatda deyilir ki, həmin ərazidən 700 mm diametrli Hövsan xətti keçir və bu xətdə heç bir sızma yoxdur: “Yeni piyada keçidinin tikintisi ilə əlaqədar kommunikasiya xətlərinin ərazidən köçürülməsi 1 ilə yaxındır yekunlaşıb və o vaxtdan yolda heç vaxt çökmə müşahidə olunmayıb”.
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ