Bakıda çörəkdən tük çıxdı - VIDEO
Bakının Nəsimi rayonu 20 Yanvar küçəsində yaşayan Loğman Bayramov yemək yeyən zaman heç də xoş olmayan suprizlə qarşılaşıb.
Zərərçəkmişin
dediyinə görə, ötən gün günorta saatlarında yaşadıqları binanın
həyatyanı sahsində yerləşən mağazadan çörək alıb. Evdə onu kəsən zaman
içərisindən saç teli çıxıb. Deyir ki, bu artıq dəfələrlə baş verir:
"Hər
dəfə çörək alanda çörəyin içindən ya daş, ya da cücü çıxırdı. Bu dəfə
isə çörəyin içində saç teli çıxdı. Evdə isə çox pis bir vəziyyət
yaranıb, çörəkdən tisginiblər”.
Aldığı çörəyin
məxsus olduğu kağız paketin üzərində adı qeyd olunan zavodla əlaqə
saxladıq. Müəssisənin əməkdaşları dərhal əraziyə gəldi. Məlum oldu ki,
bu çörək heç də zavoda məxsus deyil. Üstəlik kağız paketin üzərində 650
qram qeyd edilsə də, müsahibim Loğmanın aldığı çörəyin çəkisi 450
qramdır.
Daha sonra nümayəndələlə bərabər
çörəyin alındığı mağazaya üz tutduq. Məlum oldu ki, bundan xəbər tutan
mağaza işçiləri çörəyi zavoda məxsus kağız paketlərinin içərisindən
çıxarıb. Hətta həmin paketləri mağazının yaxınlğında yerə atıb.
Müəssisə
nümayəndələrilə birgə müəyyən edə bildik ki, çörək satan Namiq Məmmədov
adlı şəxs iki müəssisə ilə birgə fəaliyyət göstərirmiş.
Onun
sözləriən görə, səhvən sexdə istehsal olunan çörəyi zavoda məxsus
paketlərin içərisinə yerləşdirib. Həmin şəxs də öz əməlini belə etiraf
etdi:
"Sexdə çörəyin paketlənməsi zamanı səhvən
zavoda məxsus paketlərin içərisinə yerləşdirib. İki müəssisə ilə birgə
işlədiyimə görə anlaşılmazalıq baş verib”.
Gigiyena və Epidemologiya Mərkəzindən bildirdilər ki, bu məsələ tezliklə araşdırılacaq.
Çörəyin bişirildiyi müəssisəyə qarşı cəza tədbirləri görüləcək.