"Bakıda daha fərqli matç olacaq"

Bakıdakı cavab qarşılaşması bu oyundan da çətin olacaq. Rəqib bizə çox çətin anlar yaşatdı.
Vətəninfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının pley-off mərhələsində səfərdə İsveçrə təmsilçisi "Yanq Boyz" klubuna 1:0 hesabı ilə qalib gələn Ağdamın "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov matçdan sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Qurban Qurbanov bildirib ki, "Yanq Boyz"un oyun üslubu bizə çox yad və çətin bir üslub idi.

Bakıda daha fərqli matç olacaq, rəqib 90 dəqiqə hücum edəcək. İsveçrə təmsilçisinin heyətində görüşün nəticəsini dəyişməyə qadir futbolçular var.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az