Bakıda DƏHŞƏT: Ana iki övladı ilə birgə özünü binadan atdı

Bakıda DƏHŞƏT: Ana iki övladı ilə birgə özünü binadan atdı

Bakıda ana və iki övladını binadan atması ilə bağlı cinayət işi başlanıb.

Miq.Az-ın məlumatına görə, faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci(özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, istintaq gedir.

Xatırladaq ki, hadisə Bakının Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində baş verib. 1997-ci il təvəllüdlü Abbasova Aytən Maarif qızı iki azyaşlı övladı, 2018-ci il təvəllüdlü Abbasova Sofiya Suslan qızı və 2019-cu il təvəllüdlü Abbasova Sara Suslan qızı ilə birgə binanın beşinci mərtəbəsindən özünü atıb.

Hadisə nəticəsində 3 yaşlı Sara Abbasova ölüb. Ana və onun 4 yaşlı övladı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az