Bakıda ev yandı - İnsanlar təxliyə olundu

Bakıda ev yandı - İnsanlar təxliyə olundu

Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yataqxana binasının beşinci mərtəbəsində ümumi sahəsi 12 m² olan bir otağın yanar konstruksiyaları, ümumi sahəsi 20 m² olan digər otağın yanar konstruksiyaları 10 m² sahədə və dəhliz 20 m² sahədə yanıb.

"Miq.Az"a FHN-dən verilən məlumata görə, anğın zamanı 3 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Digər mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az