Mirvari Qəhrəmanlı
Bir müddət əvvəl daxildə olan cihazları yoxlamaq Fövqaladə Hallar Nazirliyinə tapşırılmışdı, amma sonra təkrar "Azəriqaz”a ötürüldü. Ümumiyyətlə, dəm qazı aidiyyəti qurum tərəfindən mütəmadi olaraq evlərdə yoxlanılmalıdır. Bu gün hansımızın evində yoxlama aparılır?! Heç birimizin. Halbuki qaza nəzarət üzrə xüsusi ştat var, onlar gedib mənzillərə baxış keçirməlidilər. Lakin o işçiləri qeyri-qanuni olaraq əhalidən pul yığmağa göndərirlər. Vacib iş isə qalır kənarda”.
M.Qəhrəmanlı deyib ki, bu gün ölkəmizdə qazdan düzgün istifadə edilib-edilməməsi mütləq yoxlanılmalıdır:
"Fikir verirsinizsə, zəhərlənmə halları əsasən fərdi yaşayış evlərində baş verir. Bina evlərində isə daha çox partlayışlar olur. Bəli, "Azəriqaz”da islahatlar aparılır, amma əhalinin sağlamlığı üçün ölçülər götürülmür, cihazlar yoxlanılmır. Baş verən qəzaların birbaşa günahkarı "Azəriqaz”dır! Əhali maarifləndirilmir! Təəssüf ki, əhalinin dəm qazı səbəbindən həlak olmasında "Azəriqaz” məsuliyyət daşısa da, hələ saxlanılan, məsuıiyyətə cəlb olunan bir kimsə yoxdur”.
Təhülkəsizlik üzrə ekspert Rəşad Rza deyib ki, mövsüm dəyişikliyi zamanı evdə olan borular, aparatlar, sayğaclar mütləq yoxlanılmalıdır:
Rəşad Rza
"Bunu etmək isə "Azəriqaz”ın üzərinə düşür. Uyğun gəlməyən kustar üsulla hazırlanan cihazlar istismardan, satışdan yığışdırılmalıdır. Buna güclü nəzərət olmalıdır. Çünki patlayışların, zəhərlənmələrin hamısı bunlardan baş verir. Yəqin ki, zamanla, hissə-hissə satışdan yığışdırılacaq. Birdən-birə yığışdırmaq mümkün deyil”.
Yaxın dəqiqələrdə "Azəriqaz” İB-nın mövqeyini öyrənib dərc etməyə çalışacağıq.