Bakıda gənc qadının çantasından 100 manat pul oğurlanıb. Lent.az-ın məlumatına görə, yanvarın 15-də polisə müraciət edən 1992-ci il təvəllüdlü Hənifəzadə Səbinə Rafiq qızı başına gələn hadisəni nəql edib. 23 yaşlı zərərçəkən bildirib ki, yanvarın 14-də saat 21:40 radələrində Nizami küçəsində tanımadığı bir qadın ona yaxınlaşıb. 30-35 yaşlı həmin qadın S.Hənifəzadəyə hamilə olduğunu deyib və maddi kömək etməsini xahiş edib. S.Hənifəzadə də öz növbəsində çantasındakı pulqabını götürərək həmin şəxsə 1 manat verib. Zərərçəkmiş əlavə edib ki, bir qədər irəliyə gedərək 61 saylı xətt üzrə hərəkət edən avtobusa minib və burada pulqabına baxıb. Amma məlum olub ki, pulqabından 100 manat götürülüb. Şikayətçi pullarının məhz ona yaxınlaşan qadın tərəfindən götürüldüyünə əmin olduğunu və həmin şəxsin onun gözünü oğurlayaraq bunu etdiyini deyib. Müraciət əsasında araşdırmalar davam etdirilir.
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür