Bakıda keçmiş polis rəisi müstəntiq vəzifəsinə təyin edilib

Bakıda keçmiş polis rəisi müstəntiq vəzifəsinə təyin edilib
Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.

"Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin keçmiş rəisi, polis polkovnik-leytenantı Etibar Balakişiyev Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, E.Balakişiyev Gəncə Şəhər Baş Polis İdarəsinin və Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin keçmiş rəisi, mərhum polis general-mayoru Rasim Musayevin qohumudur.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az