Bakıda kişinin başına ağac düşdü

Bakıda kişinin başına ağac düşdü
Oktyabrın 8-də Səbail rayonunun Xəqani küçəsində qırılmış ağac Bakı şəhər sakini İbrahim Yaqubovun başına düşüb.

Modern.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, İbrahim Yaqubova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Digər məlumata görə, oktyabrın 8-də əsən güçlü küləkdən Səbail rayonunun Ü.Hacıbəyov küçəsində Bakı şəhər sakinləri Fuad Rzayevə məxsus "Subaru”, Xəqani küçəsində Mehman Hüseynzadəyə məxsus "Hyundai”, Xətai rayonunun Y.Səfərov küçəsində Bakı şəhər sakini Ramin Ərəbxanovun idarə etdiyi "Toyota” markalı avtomobillərin üzərinə ağac qırılaraq düşməsi nəticəsində avtomobillərə qismən ziyan dəyib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az