Bakıda kütləvi virus yayılıb - Nazirlik açıqladı

Bakıda kütləvi virus yayılıb - Nazirlik açıqladı
"Bakı əhalisi arasında rast gəlinən xəstəlik kəskin respirator virus xəstəliyidir".

Miq.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Bakı Şəhər Baş Səhiyyə İdarəsinin baş terapevti Rəhilə Əliyeva deyib.
O bildirib ki, xəstəliyin ağırlaşmaması üçün zökəm əlamətləri hiss edən şəxslər dərhal həkimə müraciət etməlidirlər: "Xəstəliklərlə bağlı müraciətlər daha çox sentyabr-may ayları ərzində daxil olur. Daha çox tənəffüs, ürək-damar sistemi, mədə-bağırsaq, sümük-oynaq xəstəlikləri ilə bağlı müraciətlər edilir".

Baş terapevt qeyd edib ki , Klinik Tibbi Mərkəzin iki terapevtik şöbəsinə ötən ilin sentyabr-dekabr aylarında 378 müraciət daxil olub, müraciətlərin sırasında ilk yeri ürək-damar sistemi xəstəlikləri tutub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az