Bakıda qadın kişini bıçaqlayıb xəstəxanalıq etdi

Bakıda qadın kişini bıçaqlayıb xəstəxanalıq etdi

Paytaxtda növbəti bıçaqlanma hadisəsi baş verib.

"Report”un xəbərinə görə, Xətai rayonunun Gəncə prospektində, ev 17-də yaşayan 1979-cu il təvəllüdlü Azər Bilalov yaşadığı mənzildən qarın nahiyəsinin kəsilmiş-deşilmiş yaraları ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.

Vəziyyəti ağır olduğundan, A.Bilalovun dindirilməsi mümkün olmayıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində A.Bilalova bıçaq xəsarətləri yetirən Bakı şəhər sakini Yeganə Kərimova tutulub.

Araşdırmalar davam etdirilir.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az