Bakıda qadınların 30 faizi subaydır

Bakıda qadınların 30 faizi subaydır

«Son illər Bakıda reproduktiv dövrdə (18-45 yaş arası) olan qadınların 30 faizə qədəri ailə qurmayıb».

«Report»un xəbərinə görə, bunu Azərbaycan Tibb Universitetinin Mama-ginekologiya kafedrasının müdiri Elmira Əliyevaya deyib.

E.Əliyevanın bildirməsinə görə, bu da reproduktiv sağlamlığa zərər vuran əsas amillərdir: «Bu gün gənclərin vaxtında ailə qurmasına ehtiyac var. Çünki bu gün qızların çoxu gec ərə gedir, yaxud statusunu qaldırır, işi, təhsili, pulu olmasını arzulayır. Ancaq bilmək lazımdır ki, 35 yaşında olan qızın həddindən çox xroniki xəstəliklərə meylliyi artır».

E.Əliyeva qohum nikahlarına qarşı olduğunu da vurğulayıb: «Qohum nikahı qurmaqdansa, evlənməmək məsləhətdir. Bu məsələlərə qarşı təbliğat aparılmalıdır».

Respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova isə bildirib ki, Azərbaycanın regionlarına uyğun ginekoloji patologiyalar, endemik xəstəlikləri fərqlənir: «Qızlar nə qədər gec ailə qurarsa, xəstəliklərə aid risk qrupu artır. Hamiləliyin risk qrupuna daxil olurlar, nəticədə doğuşda müəyyən problemlər yaranır. Bu qrupda olan ana ölümlərinin sayı da yüksək olur. Ona görə də vaxtında ailə qurmaq lazımdır».

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az